“Təklifimizlə bağlı Ermənistandan müsbət reaksiya görməmişik”

teklifimizle-bagli-ermenistandan-musbet-reaksiya-gormemisik
Oxunma sayı: 1856

“Münaqişə başa çatdığından Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası, bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipi əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu artıq bəyan edib”.

“Qafqazinfo” xəbər verir ki, bunu BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrində çıxışı zamanı Prezident İlham Əliyev deyib.

Prezident vurğulayıb ki, belə bir saziş regionumuzu sülh və əməkdaşlıq regionuna çevirə bilər:

“Lakin, biz hələ də təklifimizlə bağlı Ermənistandan müsbət reaksiya görməmişik”.