“Telegram”ın dəyəri 30 milyard dollardan çox qiymətləndirilir.
“Qafqazinfo” xəbər verir ki, bu haqda sosial şəbəkənin həmtəsisçisi Pavel Durov “Financial Times”-a müsahibəsində deyib.
O qeyd edib ki, 30 milyard dollarlıq qiymətləndirmə o cümlədən qlobal texnologiya fondları tərəfindən müəyyən edilib.
İş adamı “Telegram” səhmlərinin bir hissəsini adi istifadəçilərinə satmaq barədə düşündüyünü deyib.
Durov onu da bildirib ki, “Telegram”ın artıq 900 milyon istifadəçisi var.
Son xəbərlər
Son Xəbərlər