Tənqidlərdən sonra daha da açıq geyindi - Fotolar

tenqidlerden-sonra-daha-da-aciq-geyindi
Oxunma sayı: 14469

Alt paltarında səhnəyə çıxdığı üçün həmkarı İzzet Yıldızhan tərəfindən tənqid olunan müğənni Gülşen bu dəfə daha açıq geyimdə səhnəyə çıxıb.  

“Qafqazinfo” xəbər verir ki, İstanbulda konsert proqramı ilə çıxış edən ifaçı görüntüləri instaqram hesabında paylaşıb.

Onun fotoları izləyicilərini iki cəbhəyə bölüb. Bəziləri geyimin Gülşenə çox yaraşdığını bildirib, digərləri isə geyimin həddindən artıq açıq-saçıq olduğunu qeyd edərək onu tənqid edib.  

Qeyd edək ki, ötən günlərdə türkiyəli müğənni İzzet Yıldızhan həmkarları - Hadise, Hande Yener və Gülşeni tənqid edib. O, qadın həmkarlarını konsertlərdə səhnəyə çıxdıqları geyimlərinə görə qınayıb.