Təranə-Sərxan davası belə bitdi

terane-serxan-davasi-bele-bitdi
Oxunma sayı: 851

Bu gün “Maşın” şou daha bir iştirakçısı ilə vidalaşıb.

“Qafqazinfo”nun məlumatına görə, bu dəfə müğənni Təranə Qumral iştirakçıların seçimi ilə tribunaya çıxıb. 

İfaçı səs toplayacağı təqdirdə aktyor Sərxan Kərəmoğlunu oyundan kənarlaşdıracağını deyib. Efir zamanı məlum olub ki, iki məşhurun kulis arxasında da münasibətləri gərgindir. Belə ki, yayımlanan kadrlarda müğənni aktyorun ünvanına ağır sözlər deyib və onların çoxu efirə söyüş siqnalı ilə verilib.

Amma Qumral 33 faizdən də aşağı səs yığıb və oyunu özü tərk edib.