“Terim karyerasının ən böyük səhvini edib”

terim-karyerasinin-en-boyuk-sehvini-edib
Oxunma sayı: 635

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, “Fənərbaxça”nın sabiq futbolçusu Terimin qapıçı Musleraya penalti vurmağa icazə verməsinə sərt reaksiya verib:
“Fatih Terimi 30 ildir, tanıyıram və çox yaxşı münasibətimiz var. Lakin “Manisaspor”la oyunda Musleranın penalti vurması düzgün deyildi. Terim buna icazə verməməliydi. O, karyerasının ən böyük səhvini etdi. Aşağı liqaya düşmüş komanda ilə məzələnməzlər”.
Qeyd edək ki, “Manisaspor” – “Qalatasaray” oyununun 83-cü dəqiqəsində hesab 0:2 olarkən “cimbom” penalti vurmaq hüququ qazanıb. Azarkeşlər Musleranın adını qışqıraraq zərbəni onun vurmasını istəyib. Baş məşqçidən icazə alan uruqvaylı qapıçı penalti zərbəsini dəqiq yerinə yetirib.

Ceyhun Əhmədov