Terim Milan Baroşla yollarını ayıracaq

terim-milan-barosla-yollarini-ayiracaq
Oxunma sayı: 641

“Qafqazinfo”xəbər verir ki, Qalatasarayın baş məşqçısı Fateh Terim Milan Baroşu bu il əsas heyətdə oyuna buraxmayacaq: “Milan Baroş Qalatasaraya xidmət edib, klubun ümumi uğurlarında onun payı böyükdür. Mən sezon əvvəlində Baroşla danışdım və ona əməyinə görə minnətdarlığımı bildirdim. Olduqca ədəbli bir şəkildə onu bu ilki heyətdə görmədiyimi dedim. O da öz növbəsində mənə təşəkkür etdi”.

Qeyd edək ki, hadisələrin bu cür gedişi qış transfer pəncərəsində çexiyalı forvardın özü üçün yeni klub axtarması ilə nəticələnə bilər.

İqbal