Tərtər rayonunda qardaş bacısının boğazını kəsib.
"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Evoğlu kəndində qeydə alınıb. Kənd sakini, 1994-cü il təvəllüdlü Alızadə Cəmilə Valeh qızı boğaz nahiyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.
İlkin məlumata görə, hadisəni C. Alızadənin qardaşı qısqanclıq zəminində törədib.
Faktla bağlı Tərtər polisi tərəfindən araşdırma aparılır.
***
Tərtər rayonunda bacısının boğazını kəsən şəxs tutulub. APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisəni törədən Taleh Alızadə Tərtər rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində saxlanılıb.
Son xəbərlər
Son Xəbərlər