Tərtərdə karantini pozan repetitor cərimələndi - Video

terterde-karantini-pozan-repetitor-cerimelendi
Oxunma sayı: 3948

Tərtər sakini Mehriban Mehdiyevanın rayon ərazisində yerləşən özünə məxsus fərdi yaşayış evində repetitor fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, M. Mehdiyeva xüsusi karantin rejiminin qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə edilib, orada olan 11 nəfər şagirdin valideynlərinə isə ciddi xəbərdarlıqlar edilib.