Texasdakı yanğın Oklahomaya keçib - Video

texasdaki-yangin-oklahomaya-kecib
Oxunma sayı: 649

ABŞ-də bir neçə gündür davam edən meşə yanğınları artıq 344 min hektar əraziyə yayılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “CNN” telekanalı yayıb. 

Bildirilir ki, alovlar sürətlə yayılır və artıq Oklahoma ştatının ərazisinə də keçib. 

Təbii fəlakət böyüklüyünə görə Texas tarixində ikinci belə yanğın olub. 

Xatırladaq ki, fevralın 28-i Texas qubernatoru Qreq Ebbot ştatın 60 dairəsində fövqəladə vəziyyət elan edib.