ABŞ-ın Kaliforiya ştatında təyyarə qəzası baş verib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “CBS” məlumat yayıb.
Hadisə Moss-Biç şəhərində qeydə alınıb. Yüngülmotorlu təyyarənin yaşayış evinin üstünə düşməsi nəticəsində 1 nəfər ölüb, 1 nəfəri isə xilasedicilər dağıntılar arasından çıxarıb.
Hazırda qəza yerinə yanğınsöndürənlər və polis cəlb edilib.
Telekanalın məlumatına görə, təyyarə evin yalnız bir hissəsini dağıdıb.
Son xəbərlər
Son Xəbərlər