Tonoyanın işi üzrə ekspertiza dayandırılıb

tonoyanin-isi-uzre-ekspertiza-dayandirilib
Oxunma sayı: 1014

Ermənistanın Milli Təhlükəsizlik Xidməti ölkənin keçmiş müdafiə naziri David Tonoyan barədə başladılan cinayət işi üzrə ekspertizaları dayandırıb.

“Qafqazinfo” “ArmLur” portalına istinadən xəbər verir ki, keçmiş nazirin vəkilləri prosesin hansı səbəbdən dayandırılmasının səbəblərini aydınlaşdırmaq üçün MTX-nə vəsatətlə müraciət edib.

Məlumata əsasən, cinayət işinə aid olan nə Tonoyan, nə biznesmen David Qalstyan, nə də Baş Qərargahın sədrinin müavini Stepan Qalstyan indiyə qədər ifadə verməyiblər. 

Qeyd edək ki, David Tonoyan sentyabrın 30-u yararsız raketlərin alınması ilə bağlı başladılan cinayət işi çərçivəsində saxlanılıb. İstintaq Tonoyanı və silah alverçisi Qalstyanı 4,6 milyon dollar miqdarında vəsaiti mənimsəməkdə təqsirli bilir.