Tovuzda 70 yaşlı qadını maşın vurdu - Foto+Video

tovuzda-70-yasli-qadini-masin-vurdu
Oxunma sayı: 1016

Tovuzda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Tovuz şəhərinin Elməddin Nəsibov küçəsində qeydə alınıb. “Volkswagen” markalı avtomobil rayon sakini, 1955-ci il təvəllüdlü Ziba Ağayevanı vurub.

Yaralı dərhal təcili tibbi yardım briqadası tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, Ziba Ağayevanın vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Yasin Quliyev