Tovuzda göldən meyit tapılıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Ağdam kəndinin yaxınlığında yerləşən göldə qeydə alınıb.
Sözügedən göldən orta yaşlı qadın meyiti aşkarlanıb. Qadının meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Qadının Nübar Cəfərova olduğu müəyyənləşdirilib.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər