Tovuzda kanaldan azyaşlı oğlanın meyiti tapılıb

tovuzda-kanaldan-azyasli-oglanin-meyiti-tapilib
Oxunma sayı: 1975

Tovuz rayonunda kanaldan azyaşlı oğlanın meyiti tapılıb.

"Qafqazinfo" xəbər verir ki, bir neçə dəqiqə öncə rayonun Aburbəyli kəndinin kənarından keçən kanaldan 2 yaşlı oğlan uşağının cəsədi tapılıb.

Bir neçə saat öncə kənd sakinlərindən birinin övladı olan uşağın oynayarkən kanala yıxılaraq boğulduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Məlumata görə, kanalda boğulan uşaq 2019-cu il təvəllüdlü Uğur Qəşəmovdur. 

Murad Əhməd