Toysuz qaldıqları üçün bu yolla pul qazanmaq istəyirlər

toysuz-qaldiqlari-ucun-bu-yolla-pul-qazanmaq-isteyirler
Oxunma sayı: 5009

Pandemiya dövründə toy-konsertsiz qalan Azərbaycanın şou-biznes üzvləri müxtəlif biznes sahələrinə üz tutmaqla dolanışıqlarını təmin etməyə çalışırlar.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, xüsusilə müğənnilərin əksəriyyəti özlərini restoran sahibi kimi sınamaq qərarına gəlib.

Onlardan biri də müğənni Zamiq Hüseynovdur. Sənətçi Bakının mərkəzində restoran açmaq üçün işə başlayıb.

Tez-tez restoran açıb- bağlayan ifaçı Niyam Salami də artıq yeni məkan açıb. Onun Sumqayıt şəhərinin mərkəzində təzə obyekti fəaliyyətə başlayıb.

Toysuz qalan müğənni Xuraman Şuşalı da kafe açmaq üçün hazırlıqlara başlayıb. O, tezliklə məkanının açılışını edəcək.

Qeyd edək ki, tanınmış aparıcı Çinarə Əliyeva da restoran açmış, bir neçə həftə bundan əvvəl məkan fəaliyyətini dayandırmışdı.