ABŞ Prezidenti Donald Tramp Ermənistanın Baş Naziri Nikol Paşinyana məktub göndərib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Armenpress” yayıb.
“Hörmətli cənab Baş Nazir. Nobel Sülh Mükafatına namizədliyimi irəli sürdüyünüz birgə məktuba görə Sizə və Prezident Əliyevə təşəkkür edirəm. Bizi vacib missiyamızı davam etdirməyə ruhlandıran bu yüksək qiymətə görə dərin minnətdarlığımı bildirirəm.
Amerika Birləşmiş Ştatlarının Prezidenti olaraq, dünyada münaqişələrə son qoymağa, bütün insanlar üçün sülh və rifahın təmin edilməsinə sadiq qalıram. Sizin davamlı tərəfdaşlığınızla qeyri-mümkün nə varsa, ona nail olacağıq.
Davamlı dəstəyinizə görə Sizə bir daha təşəkkür edirəm”, - məktubda qeyd olunub.
Xatırladaq ki, Donald Tramp bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyevə də təşəkkür məktubu göndərmişdi.
Son xəbərlər
Son Xəbərlər