Tramp prezidentliyi dövründən kitab yazır

tramp-prezidentliyi-dovrunden-kitab-yazir
Oxunma sayı: 1092

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp öz dörd illik prezidentliyi dövründən bəhs edən kitab yazır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Tramp “Newsmax TV” telekanalına verdiyi müsahibəsində açıqlayıb.

“Bəli, mən öz memuarımı yazıram. Görərsiniz bu, çox güclü bir şey olacaq”, - deyə Tramp söyləyib.

Tramp əlavə edib ki, onun növbəti kitabı naşirlərin böyük marağına səbəb olub. Bununla belə, ABŞ-ın 45-ci Prezidenti öz xatirələrinin nəşr olunacağı tarixi və kitabda bəhs edilən mövzuları açıqlamayıb.

Qeyd edək ki, D.Tramp 2017-ci ildən 2021-ci ilə qədər ABŞ Prezidenti olaraq çalışıb. Trampın bu günə qədər 10-dan çox kitabı nəşr edilib.