Trampa atəş açan şəxsi ömürlük həbs gözləyir

trampa-ates-acan-sexsi-omurluk-hebs-gozleyir
Oxunma sayı: 320

Ağ Ev Müxbirləri Assosiasiyasının ziyafətində atışma törədən Koul Allenə qarşı ABŞ prezidentinə sui-qəsd cəhdi daxil olmaqla, üç bənd üzrə rəsmi ittiham irəli sürülüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Məlumata görə, Allen təkcə prezidenti öldürməyə cəhddə deyil, həm də odlu silahın ştat sərhədlərindən qanunsuz keçirilməsi və zorakı cinayət törədərkən silahdan istifadədə günahlandırılır. Məhkəmədə elan olunan ittihamlar təsdiqini taparsa, onu ömürlük həbs cəzası gözləyir.

Qeyd edək ki, cəmi bir neçə dəqiqə davam edən ilk məhkəmə iclasında Allene yalnız ittihamlar oxunub. Onun barəsində qətimkan tədbirinin seçilməsi aprelin 30-na, ilkin dinləmələr isə mayın 11-nə təyin edilib.

Xatırladaq ki, aprelin 26-da Vaşinqtondakı “Washington Hilton” hotelində baş verən hadisə zamanı silahlı şəxs zala daxil olmağa çalışaraq atəş açıb və bir Məxfi Xidmət əməkdaşını yaralayıb. Donald Tramp hadisədən xəsarət almadan xilas olub və mətbuat konfransında atəş səslərini “məcməyinin yerə düşməsi” səsinə bənzədib.