BBC-nin baş direktoru Tim Deyvi ABŞ Prezidenti Donald Trampın çıxışının montajlanması ilə bağlı yaranan qalmaqaldan sonra istefa verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı teleşirkətin özü yayıb.
Bildirilib ki, BBC xəbər xidmətinin rəhbəri Debora Terness də vəzifəsini tərk edib.
Xatırladaq ki, qalmaqala səbəb 2024-cü ilin oktyabrında yayımlanan “Panorama” verilişidir. Belə ki, həmin süjetdə Trampın çıxışı təhrif edilərək Kapitolu ələ keçirməyə çağırış kimi təqdim olunmuşdu.
Son xəbərlər
Son Xəbərlər