Trampla Putin telefon danışığı aparıb

trampla-putin-telefon-danisigi-aparib
Oxunma sayı: 615

ABŞ Prezidenti Donald Tramp bazar ertəsi Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Ağ Evin mətbuat katibi Kerolayn Levitt sosial şəbəkədə yazıb:

“Prezident Tramp Rusiya lideri Putinlə Ukrayna ilə bağlı pozitiv söhbət aparıb”, - o qeyd edib.

Daha sonra Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib ki, telefon danışığı zamanı Amerika lideri rusiyalı həmkarına Mar-a-Laqoda Ukrayna tərəfi ilə danışıqların nəticələri barədə məlumat verib.