“Trendyol” əməkdaşları etiraz aksiyası keçirdi - Video

trendyol-emekdaslari-etiraz-aksiyasi-kecirdi
Oxunma sayı: 7967

Türkiyənin ən böyük alış-veriş saytı hesab olunan “Trendyol”un çatdırılma xidməti “Trendyol Express”in əməkdaşları etiraz aksiyası keçirib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, şirkətin əməkdaşları aşağı maaş artımı səbəbindən aksiya keçirməyə qərar verib.

İki günlük tətil elan edən işçilər ölkədə qeyri-sabit hava şəraitinə baxmayaraq, “Trendyol”un baş ofisinin önündə toplaşıblar.

Bildirilir ki, “Trendyol” “Trendyol Ekspres” işçilərinin maaşlarını cəmi 11 faiz artırıb. İşçilərin aksiyası sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.

Şirkət isə məsələ ilə bağlı hələ ki açıqlama verməyib.