Misli Premyer Liqasında XXIX turun növbəti qarşılaşması baş tutub.
“Qafqazinfo” xəbər verir ki, günün ilk matçında “Turan Tovuz” öz meydanında “Zirə”ni qəbul edib.
Tovuz şəhər stadionunda keçirilən gərgin mübarizə 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Meydan sahiblərini 22-ci dəqiqədə Rəhim Sadıxov önə keçirsə də, qonaqlar 63-cü dəqiqədə Davit Volkovun qolu ilə tarazlığı bərpa ediblər.
Bu nəticədən sonra xallarını 56-ya çatdıran “Turan Tovuz” 3-cü, “Zirə” isə 46 xalla 4-cü pillədə qərarlaşıb.
Son xəbərlər
Son Xəbərlər