Avropa Çempionatında günə Türkiyə yığmasının oyunu ilə yekun vurulacaq.
“Qafqazinfo” xəbər verir ki, ilk turda Xorvatiyaya uduzan Fatih Terimin komandası İspaniya ilə qarşılaşacaq.
23:00. İspaniya – Türkiyə
Baş hakim: Milorad Maziç
Yan xətt hakimləri: Milovan Ristiç, Dalibor Corcyeviç
Əlavə köməkçi hakimlər: Danilo Qrujiç, Nenad Cokiç (hamısı Serbiya)
Dördüncü hakim: Aleksey Kulbakov (Belarus)
Nitsa. Şəhər stadionu
***
İspaniya: De Xea, Xuanfran, Pike, Ramos, Alba, Buskets, Fabreqas, İniesta, Silva, Morata, Nolito.
Türkiyə: Babacan, Caner Erkin, Topal, Balta, Gökhan Gönül, Selçuk İnan, Oğuzhan Özyakup, Ozan Tufan, Çalhanoğlu, Arda Turan, Burak Yılmaz.
***
Oyunun 34-cü dəqiqəsində Morata hesabı açır. Türkiyə 0:1 hesabı ilə uduzur.
***
37-ci dəqiqədə İspaniyanın oyunçusu Nolito komandasının ikinci qolunu vurur. Hesab 2:0 İspaniyanın xeyrinədir.
***
Oyunda ilk hissə başa çatdı.
***
Matçın 48-ci dəqiqəsində Morata oyunun 3-cü qolunu vurur. Hesab 3:0 İspaniyanın xeyrinədir.
***
Oyun 3:0 hesabı ilə İspaniyanın xeyrinə başa çatdı.
***
Qeyd: Türkiyә Avropa Çempionatında qapısında 2-dәn artıq top görәn ilk komanda, İspaniya 2-dәn artıq qol vuran komanda oldu.













Son xəbərlər
Son Xəbərlər