Türkiyə Fransadan yenə xal aldı - Video

Türkiyə Fransadan yenə xal aldı
Oxunma sayı: 5758

AÇ-2020-nin seçmə mərhələ oyunları davam edir.

"Qafqazinfo" xəbər verir ki, maraqlı qarşılaşmalardan biri də Fransada baş tutub.

Belə ki, H qrupunda liderlik uğrunda mübarizə aparan Fransa ilk pillədə qərarlaşan Türkiyə yığmasını qəbul edib. Oyunda vurulan qollar ikinci hissəyə təsadüf edib.

Əvvəlcə Olivye Jiru hesabı açıb. Daha sonra isə Türkiyə millisi cavab qolunu vurub. Oyun 1:1 hesabıyla başa çatıb.

Qeyd edək ki, hazırda hər iki komandanın 19 xalı var.

AÇ-2020-nin seçmə mərhələsi

VIII tur

14 oktyabr

H qrupu

22:45. Fransa – Türkiyə - 1:1

Qollar: Olivye Jiru 76, Kaan Ayhan, 82 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi