Türkiyə Hərbi Hava Qüvvələri Gəncədə - Video

turkiye-herbi-hava-quvveleri-gencede
Oxunma sayı: 2998

“TurAz Qartalı-2020” birgə taktiki-uçuş təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) geniş tərkibdə uçuş və mühəndis-texniki heyəti Gəncə şəhərinə gəlib.

Müdafiə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, təlimlərə hazırlıq məqsədilə hazırda heyətlərin yerləşdirilməsi, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.