Türkiyə liqasındakı qalmaqallara görə VAR rəhbəri istefa verdi

turkiye-liqasindaki-qalmaqallara-gore-var-rehberi-istefa-verdi
Oxunma sayı: 1426

Türkiyə Mərkəzi Hakimlər Komitəsində VAR sisteminə cavabdeh olan Tolqa Özkalfa istefa verib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Məlumatda bildirilib ki, onun yerinə Cem Satman təyin edilib.

Qeyd edək ki, son günlərdə Türkiyə Superliqasında VAR-la bağlı ciddi problemlər ortaya çıxmışdı. VAR hakimlərinin yanlış qərarlarından sonra qalmaqallar yaranmışdı.