Türkiyə lirəsi tarixi minimumunu yeniləyib

turkiye-liresi-tarixi-minimumunu-yenileyib
Oxunma sayı: 3146

Türkiyə lirəsi dollar qarşısında tarixi minimumunu yeniləyib.

“Qafqazinfo” xəbər verir ki, bu gün 1 dollar 30 lirə səviyyəsində qərarlaşıb.

Hərracın yekunlaşmasına hələ bir neçə saat olduğundan lirənin günün sonuna qədər dollar qarşısında bahalaşa biləcəyi istisna edilmir. 

Buna baxmayaraq, Azərbaycan Mərkəzi Bankının bu günə olan məlumatına görə, lirənin manata nəzərən məzənnəsi dəyişməyib və 1 lirə 0.0567 manat olaraq qalıb. 

Qeyd edək ki, Türkiyədə illik inflyasiya 2023-cü ilin dekabrında 64,77 % təşkil edib. Ötən ilin noyabrında isə bu göstərici 61,98 % olub.