Türkiyə möcüzəyə yaxınlaşdı - Foto+ Video+Yenilənib

turkiye-mocuzeye-yaxinlasdi
Oxunma sayı: 10122

Türkiyə millisi bu gün Avropa Çempionatının qrup mərhələsində son oyununa çıxacaq.

Qafqazinfo” xəbər verir ki, “ay ulduzlular” növbəti mərhələ şanslarını saxlamaq üçün Çexiyanı məğlub etməlidirlər.

Həmçinin Fatih Terimin komandası 2 top fərqi ilə çexləri üstələməlidir.

***

Baş hakim: Villaim kollum (Şotlandiya)

Yan xətt hakimləri: Damien Makqreyt (İrlandiya), Fransis Konnor (Şotlandiya)

Əlavə köməkçi hakimlər: Bobbi Maden, Con Biton (hər ikisi Şotlandiya)

Dördüncü hakim: Sergey Lapoçkin (Rusiya)

***

Oyunun 10-cu dəqiqəsində Burak Yılmaz hesabı açır. Türkiyə hesabda irəli düşür 1:0.

***

İlk hissə bitdi. Oyun 1:0 Türkiyənin xeyrinədir. 

***

İkinci hissə başladı.

***

Oyunun 65-ci dəqiqəsində Ozan Tufan ikinci qolu vurur. Türkiyə 2:0 irəlidədir. 

***

Oyun Türkiyənin 2:0 hesablı qələbəsi ilə başa çatdı. Bu komandanın növbəti mərhələyə keçib-keçməyəcəyi isə digər qruplardakı oyunların nəticələrindən asılı olacaq.