Türkiyə ordusu Suriyada itki verdi

turkiye-ordusu-suriyada-itki-verdi
Oxunma sayı: 1701

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında apardığı “Sülh Çeşməsi Əməliyyatı” əməliyyatı zamanı 1 türk hərbçisi həlak olub. “Qafqazinfo” bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat verib.

PKK/YPG terrorçuları oktyabrın 17-də imzalanmış Türkiyə-ABŞ razılaşmasını pozaraq, Suriyanın təhlükəsizlik zonasında kəşfiyyat-müşahidə missiyası aparan Türkiyə hərbçilərinə atəş açıblar. Atəş nəticəsində 1 türk əsgəri şəhid olub, daha 1 hərbçi yaralanıb.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında antiterror əməliyyatına başlayıb.