Türkiyə “qara qutu”ları Almaniyaya göndərdi

turkiye-qara-qutulari-almaniyaya-gonderdi
Oxunma sayı: 1195

İstanbulun Sabiha Gökçen Hava limanında 3 nəfərin ölümü ilə nəticələnən qəzadan sonra təyyarənin “qara qutu”ları bu gün Almaniyaya göndərilib.

“Qafqazinfo”nun “Habertürk”ə istinadən verdiyi xəbərə görə, “qara qutu”lar Türkiyədən 3 nəfər və bir qrup amerikalı mütəxəssisin vasitəçiliyi ilə deşifrə edilməsi üçün Almaniyaya göndərilib.

Xatırladaq ki, fevralın 5-də “Pegasus” hava yollarına məxsus İzmir-İstanbul aviareysi üzrə hərəkət edən “Boeing 737-800” təyyarəsi dəniz üzərindən Sabiha Gökçen Hava limanında sərt eniş edərkən sürüşərək zolaqdan çıxıb və 3 hissəyə parçalanıb. Nəticədə 3 nəfər həyatını itirib, 179 nəfər xəsarət alıb.

Qəzada ölən üç qadının (Zehra Bilgi Koçar, Alev Gençoğlu və Songül Bozkurt) yanaşı əyləşdiyi bildirilir.