“Türkiyə Zəngəzur dəhlizinin açılmasını gözləyir” - Şəntop

turkiye-zengezur-dehlizinin-acilmasini-gozleyir
Oxunma sayı: 1244

“Azərbaycan qazandığı zəfərlə Qafqazda davamlı sülhün və işbirliyinin qarşısını kəsən böyük maneəni aradan qaldırdı”.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Ankarada Azərbaycanın Zəfər Gününə həsr olunmuş fotosərgi ilə tanış olarkən deyib. 

“İndi Qafqazda keçmişin mübahisəli mövzuları yerinə, mövcud imkanları və gələcək ümidləri müzakirə etmək üçün zəmin yaranıb. Xüsusilə Ermənistanın konstruktiv yanaşma sərgiləməsi üçün fürsət yaranıb. Qafqazda ortaq hüzur və rifahı təmin etmək üçün 9 noyabrda imzalanan atəşkəs bəyannaməsinin bəndlərinə riayət edilərək sülh sazişi imzalanmalıdır”, - deyə TBMM sədri qeyd edib. 

Şəntop Qafqazın xoşbəxtliyin artdığı bölgəyə çevrilməsini istədiyini bildirib: 

“Ermənistanın nəzarətində olan 46 kilometrlik Qərbi Zəngəzur dəhlizinin açılması lazımdır. Bu, ölkələr və qitələr arası ticarəti asanlaşdıracaq. Ermənistan bu mövzuda öz gələcəyini düşünüb cəsarətli və konstruktiv mövqe nümayiş etdirməlidir”.