Türkiyədə ağır qəza - 4 ölü, 18 yaralı + Video

turkiyede-agir-qeza
Oxunma sayı: 2043

Ankaranın Haymana rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hərəkətdə olan traktorun qoşqusunun aşması nəticəsində 4 nəfər ölüb, 18 nəfər yaralanıb. Ölənlərdən 3-ü uşaqdır. Yaralılardan beşi ilkin tibbi yardımdan sonra evə buraxılıb. Digər 13 nəfər isə Ankaranın xəstəxanalarına çatdırılıb.

Qeyd edək ki, traktordakı şəxslər piknikdən qayıdırmış.