Türkiyədə ağır qəza - 5 ölü, 14 yaralı

turkiyede-agir-qeza
Oxunma sayı: 1103

Türkiyənin Mersin şəhərində ağır yol qəzası baş verib.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus dərəyə aşıb.

Nəticədə 5 nəfər həlak olub, daha 14 nəfər isə yaralanıb. 

Hazırda qəzanın səbəbləri araşdırılır.