Türkiyədə dağıntılar altında qalan deputat həlak olub

turkiyede-dagintilar-altinda-qalan-deputat-helak-olub
Oxunma sayı: 3328

Türkiyədə dünən baş verən güclü zəlzələ nəticəsində dağıntılar altında qalan türkiyəli deputat Yakup Taş həlak olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Halk TV” yayıb. 

Məlumata görə, deputat və həyat yoldaşı dağıntılar altında həlak olublar. 

Xatırladaq ki, fevralın 6-sı Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Adıyamanı təmsil edən deputatı Yakup Taş və ailəsinin dağıntılar altında qaldığı barədə məlumat yayılmışdı. 64 yaşlı deputatın 6 övladı olduğu bildirilir.