Türkiyədə dəhşətli qəza, 9 ölü, 42 yaralı - Fotolar+Yenilənib

turkiyede-dehsetli-qeza-9-olu-42-yarali
Oxunma sayı: 4298

Türkiyənin Manisa vilayətinin Soma rayonunda dəhşətli qəza baş verib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, qəza zamanı TIR-la sərnişin avtobusu toqquşub.

İlkin məlumata görə, hadisə nəticəsində doqquz nəfər ölüb. Onlardan altısı hadisə yerində, üçü isə qaldırıldıqları Soma Dövlət Xəstəxanasında həyatını itirib. 30 nəfər isə yaralanıb. Onlar ətraf rayonlardakı xəstəxanalara yerləşdiriliblər. 

Avtobusda 50 nəfərin olduğu bildirilir.

***

"NTV"nin məlumatına görə, qəza nəticəsində 37 nəfər yaralanıb.

***

Qəza nəticəsində yaralanların sayı 42-ə çatıb.