Türkiyədə DİN-in binasına terror hücumunun görüntüləri - Yenilənib + Video

turkiyede-din-in-binasina-terror-hucumunun-goruntuleri
Oxunma sayı: 9667

Türkiyə Daxili İşlər Nazirliyi Mühafizə Baş İdarəsinə terror hücumu olub.

“Qafqazinfo” CNN Türk-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

O bildirib ki, terrorçulardan biri özünü partladıb, digəri isə zərərsizləşdirilib.

Məlumata görə, 2 polis əməkdaşı yüngül xəsarət alıb.

***

Hazırda polis qüvvələri ərazidə geniş təhlükəsizlik tədbirləri görüb.

Təhlükəsizlik səbəbilə Atatürk Bulvarında nəqliyyatın hərəkəti dayandırılıb.

***

Türkiyədə terrorçuların DİN-in binasına hücumunun görüntüsü yayılıb. 

Həmin videonu təqdim edirik: