Türkiyədə həkim xəstəxanada güllələndi

turkiyede-hekim-xestexanada-gullelendi
Oxunma sayı: 5817

Türkiyədə dəhşətli qətl hadisəsi baş verib.

“Qafqazinfo” yerli mətbuata istinadən xəbər verir ki, Ekrem Karakaya adlı həkim çalışdığı xəstəxanada güllələnib.

Hadisə Konya Şəhər Xəstəxanasında qeydə alınıb.

Belə ki, Hacı Mehmet Akçay adlı şəxs bir ay öncə infarktdan vəfat edən anası Kezban Akçayın ölümündə kardioloq Ekrem Karakayanı günahlandırıb. O, bu səbəbdən xəstəxanaya gələrək həkimi tapançadan açdığı ardıcıl atəşlə qətlə yetirib. Hadisəni törədən şəxs daha sonra öz başından atəş açaraq intihar edib.

Məlum olub ki, o da Konyada başqa bir xəstəxanada mühafizəçi olaraq çalışıb.

Baş verən hadisə sosial şəbəkələrin Türkiyə seqmentində ciddi müzakirələrə səbəb olub. Hadisə ilə bağlı ölkənin səhiyyə naziri Fəxrəddin Qoca da paylaşım edib. 

“Dəhşətli qətllə bağlı araşdırmalar davam edir. Millətimizin başı sağ olsun” - nazir qeyd edib.