Türkiyədə koronavirusla bağlı son vəziyyət

turkiyede-koronavirusla-bagli-son-veziyyet
Oxunma sayı: 1515

Türkiyədə son sutka ərzində koronavirusdan 74 nəfər dünyasını dəyişib, 2165 nəfər isə virusa yoluxub.

“Qafqazinfo” xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı  9658-ə, yoluxanların sayı isə 357 693-ə çatıb. 

Koronavirusdan sağalanların sayı isə 311520-yə yüksəlib. Hazırda ağır xəstələrin sayı 1648 nəfər təşkil edir. 

Ümumilikdə 12 milyondan çox insan test yoxlanışından keçirilib.