Türkiyənin Elazığ şəhərində mədəndə çökmə baş verib.
“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 işçi torpaq altında qalıb.
Onlardan biri xilas edilib. Hazırda digər işçilərin xilas edilməsi istiqamətində işlər davam etdirilir.
Hadisənin hansı səbəbdən baş verməsi hələ ki məlum deyil.
***
Son məlumata görə, Elazığdakı mədəndə çökmə zamanı torpağın altında qalan şəxslərdən 3-ü xilas edilib. Hazırda digər 1 nəfərin xilas edilməsi ilə bağlı axtarışlar davam etdirilir.
Xatırladaq ki, fevralın 13-ü Türkiyənin Ərzincan şəhərində qızıl mədənində torpaq sürüşməsi baş verib və 9 işçi itkin düşüb. Hazırda onların axtarışları davam etdirilir.
***
Hadisə zamanı torpaq altında qalan bütün işçilər xilas edilib.