İstanbulun Eyüpsultan hava limanına sərnişin daşıyan mikroavtobus aşıb.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 9 nəfər yaralanıb.
İlkin müdaxilədən sonra xəstəxanaya aparılan yaralılardan 2-nin vəziyyətinin ağır olduğu öyrənilib. Mikroavtobus sürücüsü xəsarət almadan xilas olub.
Faktla bağlı araşdırmalar aparılır.