Türkiyədə Novruz şənliyində 75 nəfər saxlanıldı

turkiyede-novruz-senliyinde-75-nefer-saxlanildi
Oxunma sayı: 2415

Türkiyənin İstanbul şəhərində keçirilən Novruz şənliyində PKK lideri Abdullah Öcalanın afişasını açan 3 nəfər və terror təşkilatının təbliğatını aparmaq ittihamı ilə axtarışda olan 2 nəfər saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Türkiye” məlumat yayıb.

Qeyd olunub ki, sözügedən ərazidə polisə müqavimət göstərən, qanunsuz şüarlar səsləndirən daha 70 nəfər saxlanılıb.

Bildirilib ki, terrorla mübarizə qətiyyətlə davam edəcək.