Türkiyədə təyyarənin binaların arasına çırpılma anı - Video

turkiyede-teyyarenin-binalarin-arasina-cirpilma-ani
Oxunma sayı: 10225

Türkiyədə kiçik mühərrikli təlim təyyarəsinin binaların arasına çırpılma anı təhlükəsizlik kamerasına əks olunub.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, hadisə Bursa şəhərində Yunuseli hava limanı yaxınlığında baş verib.

Belə ki, təyyarənin düşdüyü yerdə yanğın olub. Hadisə yerinə çox sayda polis, xilasetmə qrupları göndərilib.

Bildirilib ki, təyyarənin pilotu və köməkçi pilot hadisə nəticəsində həlak olublar.