Türkiyədə universitet əməkdaşı həmkarını girov götürdü

turkiyede-universitet-emekdasi-hemkarini-girov-goturdu
Oxunma sayı: 1268

Türkiyənin Gümüşhane Universitetinin əməkdaşı öz həmkarını girov götürüb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 

Bildirilib ki, Mühəndislik və təbiət elmləri fakültəsinin əməkdaşı H.T. hələlik məlum olmayan səbəblərdən D.B. adlı qadın işçini silahla girov götürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının xüsusi əməliyyat qrupu göndərilib. Tələbələr və universitet əməkdaşları ərazidən təxliyə edilib. Təhlükəsizlik qüvvələri binaya daxil olaraq H.T.-ni təslim olmaq üçün inandırmağa çalışıblar. 

Məlumata görə, girov götürülən qadın azad edilib və xəstəxanaya çatdırılıb.

Gümüşhane Universiteti insidentlə bağlı açıqlama yayaraq vəziyyətin nəzarət altına alındığını bildirib: “Ölən və yaxud yaralanan olmayıb. Təhlükəsizlik səbəbi ilə universitetin giriş və çıxışları nəzarətdə saxlanılır. Bu cür hadisələrin bir daha baş verməməsi üçün dərhal lazımi inzibati və hüquqi tədbirlər görüləcək”.