Türkiyədə zəlzələdə ölənlərin sayı artdı - Yenilənib + Fotolar + Video

turkiyede-zelzelede-olenlerin-sayi-artdi
Oxunma sayı: 8233

Türkiyənin Elazığ şəhərində 6,8 bal gücündə zəlzələ olub.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, təkanlar Şırnak, Mardin, Diyarbakır və digər şəhərlərdə hiss edilib. Elazığ bələdiyyə sədri qorxulu vəziyyət olmadığını deyib.

Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Mehmet Güllüoğlu komandalarının işə başladığını və gedişatı izlədiklərini bildirib.

***

Daxili İşlər naziri Süleyman Soylu zəlzələ zamanı 4-5 mərtəbəli binanın uçduğunu və dörd nəfərin öldüyünü açıqlayıb. 

***

Daxili İşlər naziri Süleyman Soylunun məlumatına görə, zəlzələdə 84 nəfər yaralanıb. 

**

Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) verdiyi məlumata görə, zəlzələdə 6 nəfər həyatını itirib, 225 nəfər yaralanıb. 

**

Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) verdiyi ən son məlumatına görə, zəlzələdə ölənlərin sayı 14-ə çatıb. 

** 

Daxili İşlər naziri Süleyman Soylu ən son açıqlamasında ölənlərin sayının 15-ə çatdığını bildirib. Onun sözlərinə görə, 30 nəfər itkin düşmüş hesab olunur. Xəstəxanalara müraciət edən yaralıların sayı isə 405-ə çatıb. 

**

"Hürriyet" yazır ki, zəlzələdə 18 nəfər ölüb, 554 nəfər yaralanıb.