Türkiyəli alim koronavirusun pik həddə çatacağı tarixi açıqladı

Türkiyəli alim koronavirusun pik həddə çatacağı tarixi açıqladı
Oxunma sayı: 12862

Mayın əvvəlində dünyada koronavirusa yoluxanların sayı pik həddə çatacaq, mayın sonunda isə bəzi məhdudiyyətlər ləğv edilə bilər.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu türkiyəli pulmonoloq, İstanbul Universitetinin Tibb fakültəsinin professoru Zəki Kılıçaslan deyib.

“Türkiyədə olduğu kimi, dünya miqyasında da pandemiya mayın əvvəlində öz pik həddinə çatacaq. Ondan sonra yoluxmanın sayı enən xətt üzrə davam edəcək. Mayın ikinci yarısından başalayaraq məhdudiyyətlər qismən götürüləcək. Ancaq məhdudlaşdırıcı tədbirlər uzun müddət tətbiq olunacaq”, - deyə Kılıçaslan bildirib.

Onun sözlərinə görə, pandemiya iqtisadi və sosial böhrana səbəb olacaq, bir çox ölkələrin Beynəlxalq Valyuta Fondunun (BVF) köməyinə ehtiyacı yaranacaq və fondun nəzarəti altında antiböhran proqramları reallaşdırılacaq.

“Türkiyədə epidemiya bir qədər gec başladı. Buraxılan ən böyük səhv İranla sərhədin gec bağlanması, beynəlxalq uçuşlardan vaxtında imtina olunmaması idi. Bundan başqa, ilkin mərhələdə kifayət sayda testlər də edilmədi”, - deyə Kılıçaslan əlavə edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi