Meksikanın Nayarit ştatında “Bağban” ləqəbli narkobaron Audiyas Flores Silva saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin ictimai təhlükəsizlik və vətəndaşların müdafiəsi naziri Omar Qarsiya Harfuş “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.
Məlumata görə, narkobaron Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının həyata keçirdiyi əməliyyat nəticəsində ələ keçirilib.
Audiyas Flores Silva həm Meksikada, həm də ABŞ-də axtarışda olub. Bundan başqa, ABŞ tərəfinin “Bağban”ın ələ keçirilməsinə görə 5 milyon dollar mükafat vəd etdiyi bildirilir.
Qeyd edək ki, Audiyas Flores Silva “Xaliskonun yeni nəsli” kartelinin rəhbərlərindən biri olub. O bu ilin fevralında saxlanılma cəhdi zamanı öldürülmüş qruplaşmanın keçmiş lideri “El Menço” ləqəbli Nemesio Oseguera Servantesin ehtimal olunan varisi hesab edilir.

Son xəbərlər
Son Xəbərlər