Üç qəza, doqquz yaralı

uc-qeza-doqquz-yarali-
Oxunma sayı: 638

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, dünən gecə 23.40-da Qaradağ rayonu ərazisində VAZ 2107 markalı 90 CH 187 dövlət nömrə nişanlı avtomobil maneəyə dəyib.

Nəticədə 22 və 25 yaşlı 3 nəfər gənc xəsarət alıb, onlar xəstəxanaya yerləşdirliblər.

Binəqədi rayonbunda isə VAZ 2107 markalı avtomobil "Hundai" ilə toqquşub. Nəticədə 31 və 19 yaşlı 3 nəfər xəsarət alıb.

Ağcabədi rayonunda, Ağcabədi-Ağdam yolunun 21-ci kilometrliyində isə iki VAZ 2106 və "Hundai" markalı avtomobillər toqquşub.

Nəticədə 61 yaşında qadın və kişi, 35 yaşında gənc xəsarət alıb, onlar xəstəxanaya yerləşdirliblər.

Hər üç fakt üzrə araşdırma aparılır.