Üç yaşlı azərbaycanlı Moskvada binadan yıxılıb öldü

uc-yasli-azerbaycanli-moskvada-binadan-yixilib-oldu
Oxunma sayı: 2676

Azərbaycanlı uşaq Rusiyada bədbəxt hadisə nəticəsində ölüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Moskva şəhərində qeydə alınıb.

Belə ki, 3 yaşlı Amiral Seyidov ehtiyatsızlıqdan yaşadıqları çoxmərtəbəli binadan yıxılaraq vəfat edib.

Qeyd edək ki, uşağın ailəsi əslən Cəlilabad rayonundandır. Onlar uzun müddətdir ki, Rusiyada yaşayır.

Surxay Şahbazov