Uçan keçid deputatın atasına məxsus olub- - Yenilənib

ucan-kecid-deputatin-atasina-mexsus-olub-
Oxunma sayı: 12146


Ötən gün Şıxov qəsəbəsində uçan piyada keçidinin kimə məxsus olması məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sözügedən “Grand Park” keçmiş prokuror Şükür Rzayevə məxsusdur. Ş. Rzayev 1994-1998-ci illərdə Bakı Şəhər prokuroru vəzifəsində çalışıb.

Onu da qeyd edək ki, Ş. Rzayev millət vəkili Rövşən Rzayevin atasıdır. 

Xatırladaq ki, ötən gün Səbail rayonu, Bakı-Salyan yolu üzərində quraşdırılmış yerüstü piyada keçidi yükqaldırıcı kran maşınının sürətlə ona dəyməsi nəticəsində uçub. Hadisə nəticəsində ümumilikdə 6 nəfər yaralanıb.

Onu da qeyd edək ki, Ş. Rzayev bir neçə il əvvəl vəfat etsə də, "Grand Park"-ın mülkiyyət sənədlərində heç bir dəyişiklik edilməyib və hazırda da mərkəzin hüquqi sahibi mərhum prokurordur.

***

Millət vəkili Rövşən Rzayev “Grand Park”ın onun atası Şükür Rzayevə məxsus olması ilə bağlı yazılanlara münasibət bildirib.

R. Rzayev “Qafqazinfo”ya açıqlamasında məsələyə belə reaksiya verib

“Onu sizə kim deyib. Elə şey yoxdur. Mənim atam dünyasını dəyişib. Ayıbdır elə şeylər yazmaq. Siz mənlə zarafat edirsiniz?”