Ucarda qardaşlar birləşib əmini öldürdü

ucarda-qardaslar-birlesib-emini-oldurdu
Oxunma sayı: 4008

Ucar sakini balta ilə qətlə yetirilib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Bərgüşad kəndində qeydə alınıb.

Belə ki, kənd sakinləri Asif və Vasif Abbasov qardaşları birləşərək əmiləri, 1969-cu il təvəllüdlü Abbasov Bayram Ata oğlunu balta ilə öldürüblər.

Hər iki qardaş rayon polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Tural Hüseynli